QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azercell-in 30 illiyinə həsr edilən “30 il səninlə” lotereyasının 11 və 17 noyabr tarixlərində keçirilən tirajlarında 16 abunəçi mükafat əldə edib. Fakturasız xətt istifadəçiləri arasından 14 nəfərə iPhone 17 Pro, iki nəfərə isə Toyota Corolla Cross avtomobili düşüb.
İndiyədək fakturasız xətt abunəçiləri üçün dörd tiraj təşkil olunub. Nəticədə ümumilikdə 28 iPhone 17 Pro və dörd Toyota Corolla Cross qaliblərə verilib. Hər tirajda yeddi smartfonun sahibi gündəlik toplanan şanslar, bir avtomobilin qalibi isə həftə ərzində yığılan şanslar arasından seçilir.
Fakturasız xətt üzrə növbəti tirajlar 24 noyabrda, eləcə də 1, 8 və 15 dekabrda keçiriləcək. Fakturalı xətt abunəçiləri üçün tirajlar 30 noyabr və 30 dekabr tarixlərinə planlaşdırılıb.
İştirakçılar Azercell tətbiqindəki “Lotereya” bölməsində qeydiyyatdan keçə, yaxud 3035 nömrəsinə START yazaraq SMS göndərə bilərlər. Qaydaları qəbul etmək üçün BELI sözünü də həmin qısa nömrəyə göndərmək lazımdır.
Balans artırmaq, uyğun məhsul və xidmətlərdən yararlanmaq, həmçinin xüsusi Şans paketlərini aktivləşdirmək lotereya şansları qazandırır. Tətbiqdəki həftəlik tapşırıqları yerinə yetirən abunəçilər əlavə şans əldə edə, mövcud şanslarını beş dəfəyədək artıra bilərlər.
Kampaniyanın baş mükafatı olan şəhər mərkəzində yerləşən, tam təmirli ikiotaqlı mənzil dekabrın 30-da keçiriləcək final tirajında oynanılacaq. Meqa tirajda həm fakturasız, həm də fakturalı xətt abunəçilərinin əvvəlki tirajlarda uduş qazanmamış şansları iştirak edəcək.
Lotereyanın şərtləri və iştirak qaydaları Azercell-in rəsmi internet səhifəsində yerləşdirilib.