QafqazNews TASS-a istinadən xəbər verir ki, ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən başlamamaq qərarında olub, çünki Tehranla cavab zərbəsi və nəticədə eskalasiyanın artacağından ehtiyat edir.

Portal Axios-a istinadən verilən məlumata görə, bir amerikalı məmur "Biz bir-birimizi tammiqyaslı eskalasiya həddinə doğru itələyirik" demiş və Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətini indilikdə kifayət qədər effektiv hesab etdiyini, bu səbəbdən böyük hərbi əməliyyatlardan çəkinildiyini bildirib.

Axios bildirir ki, İsrailin Mossa kəşfiyyat xidməti direktorunun Vaşinqtona səfəri zamanı Tehranın kimyəvi silahların tədqiqi və hazırlanmasının sürətini artırması barədə məlumatları ABŞ-a ötürdüyü güman edilir. ABŞ rəsmiləri isə İsrailin bu iddiasına skeptik yanaşıb və Tehranla bağlı kimyəvi silah məlumatlarının İsrail tərəfindən öz mövqelərini irəli sürmək məqsədilə təqdim edildiyini bildiriblər.

16 noyabrda CNN mənbələrinə istinadən yazmışdı ki, amerika kəşfiyyatına görə İran Vaşinqtonda "çirkli bomba"nın partladılması planlarını işləyir və bunun hədəfləri ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ola bilər. Daha sonra ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markeyn Mallin belə bir hücumun mümkünlüyü iddialarını rədd edib.