QafqazNews TASS-a istinadən xəbər verir ki, ABŞ ilə İran arasında dolayı yolla aparılan danışıqlar ölkədə saxlanılan zənginləşdirilmiş uranın taleyi barədə fikir ayrılığı üzündən nəticəsiz qalıb.

Səudiyyə televiziya kanalı Al Arabiya-ya istinadən verilən məlumata görə, yüksək vəzifəli mənbə bildirib ki, vasitəçilərin iştirakına və intensiv təmaslara baxmayaraq, həm Vaşinqton, həm Tehran mövqelərindən geri çəkilmirlər.

Mənbə bildirib ki, "danışıqlarda əsas əngəl zənginləşdirilmiş uranın taleyi olub və qalır". ABŞ tərəfi uran ehtiyatlarının məhv edilməsinə dair dəqiq plan və Tehranın gələcəkdə zənginləşdirməni bərpa etməyəcəyi barədə yazılı zəmanət tələb edir.

İran tərəfi isə ölkə ərazisində saxlanılan zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına qəti şəkildə etiraz edir. Həmçinin mənbə qeyd edib ki, vasitəçilərin hazırda "hərbi eskalasiyanın yenidən başlamayacağına dair zəmanəti yoxdur".

15 noyabrda İranın Xarici İşlər Nazirliyinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran ABŞ-la aparılan danışıqlara inamını itirib, lakin vasitəçilərə böhranı həll etməyə və Vaşinqtonun yeddi tələbini yerinə yetirməsi şərti ilə Hormuz boğazını açmağa hazır olduğunu bildirib.

17 noyabrda Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, vasitəçilik səyləri çərçivəsində İran tərəfi ilə növbəti görüş keçirilib, lakin Al Arabiya-nın məlumatına görə diplomatik xətdə irəliləyiş əldə edilməyib.