QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, cümə axşamı İranın hava hücumundan müdafiə qüvvələri Fars körfəzi üzərində ABŞ-a məxsus F-16 qırıcısına raketlə zərbə endirib.

SEPAH-ın yaydığı məlumata görə, raket təyyarənin yaxınlığında partlayıb və qırıcı zədələnib.

Hadisədən sonra pilot missiyanı yarımçıq saxlayaraq bölgədəki ən yaxın aerodromlardan birinə təcili eniş etməli olub.