QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ və İsrail yaxın zamanda İrana yeni zərbələr endirmək planları üzərində işləyir. Bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata əsasən, İsrail hakimiyyətini İranın raket imkanlarını hansı sürətlə bərpa etməsi, həmçinin hərbi və nüvə obyektlərini yeraltı komplekslərə nə dərəcədə tez köçürməsi narahat edir. İranın əvvəl hücuma keçəcəyi ehtimalına görə İsrail qüvvələri ən yüksək hazırlıq vəziyyətində saxlanılır.
Telekanalın danışdığı şəxslər İsrailin ABŞ-la birgə yeni əməliyyata başlamaq istədiyini bildiriblər. Bununla belə, Prezident Donald Trampın yeni zərbələrə göstəriş verib-verməyəcəyi və mümkün hücumların hansı üsulla həyata keçiriləcəyi hələ məlum deyil.