QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda Bolt taksisində baş verən hadisə sərnişinin narazılığına səbəb olub.

Şikayətçinin sözlərinə görə, o, saat 13:43 radələrində azyaşlı uşağı ilə West Town yaşayış kompleksindən taksiyə minib və Binəqədi istiqamətində getmək istəyib. Sürücü sifarişdəki ünvanı xəritədə yoxladıqdan sonra həmin istiqamətə getməyəcəyini bildirib.

Sərnişin havanın soyuq olduğunu və yanında balaca uşağın olduğunu deyərək sürücüyə əlavə ödəniş təklif edib. Lakin bu təklif qəbul edilməyib və ana ilə uşaq yol kənarında düşürülüb.

Şikayətçi bildirib ki, yolların boş olduğu həmin vaxt sürücü onları aparmaqdan imtina edib. Nəticədə onlar başqa taksi gözləməli olublar.