QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın hazırkı səhhəti barədə məlumat açıqlanıb.
TƏBİB-in bildirdiyinə görə, 1949-cu ildə anadan olan pasiyent Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında müalicə alır. Qurum onun ümumi vəziyyətinin stabil olduğunu, müalicə və sağlamlığının dinamik müşahidəsinin həkim nəzarəti ilə aparıldığını qeyd edib.
Səmayə Həşimova bir müddət əvvəl arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdi.