QafqazNews Izvestia-a istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 5 noyabrda İranla bağlı situasiyanın gərginləşmə riski saxlandığı üçün Tehranə səfərlərdən çəkinməyi tövsiyə edib.
Zaxarova bildirib ki, İranda olan həmvətənlərdən diqqətli olmaları, insanların toplandığı yerlərdən, kütləvi tədbir keçirilən məkanlardan və hərbi və dövlət obyektlərinin yaxınlığından uzaq durmaları xahiş olunur.
O, Moskvada vəziyyətin inkişafını diqqətlə izlədiklərini vurğulayıb və İranda olan rusiyalıları Tehran tərəfindən yayılan rəsmi məlumatlara və İran hakimiyyətinin bütün göstəriş və tapşırıqlarına ciddi riayət etməyə çağırıb.
Xəbər mətninə əlavə məlumat verilir.