QafqazNews Interfax-a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Naziri Yohann Vadeful Bakıda deyib ki, Avropaya yeni təhlükəsizlik arxitekturası lazım deyil, əsas olan əvvəllər razılaşdırılmış qayda və prinsiplərin icrasıdır.

Nazir vurğulayıb ki, “bizə təhlükəsizlik sahəsində hansısa yeni Avropa nizamı formalaşdırmağa ehtiyac yoxdur. Bizə yalnız artıq uzun müddət əvvəl razılaşdırılmış qayda və prinsiplərin, Helsinki yekun aktından başlayaraq Paris Xartiyası və Budapeşt memorandumuna qədər uzanan sənədlərin tələblərinə riayət etmək lazımdır”.

Vadeful, sözləri Report agentliyinə istinadən gətirilən, Budapeşt memorandumunun şərtlərinə görə Sovet İttifaqının hüquqi varisi sayılan Rusiyanın Ukraynanın suverenliyini yalnız hörmət etməklə kifayətlənməyib, həm də onun müdafiəsini təmin etmək öhdəliyi götürdüyünü xatırladıb.

Almaniya XİN başçısı Azərbaycan hökumətinə Ukraynaya göstərdiyi dəstək, o cümlədən humanitar yardımın göndərilməsi və enerji təminatında köməklik göstərdiyi üçün təşəkkürünü bildirib və bunu Avropanın stabilliyinə mühüm töhfə hesab etdiyini deyib.