QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının keçmiş sədri Annalena Berbok FGS Global konsaltinq şirkətində baş məsləhətçi vəzifəsinə gətirilib.
Şirkətin və Berbokun nümayəndəsi yeni təyinatı təsdiqləyib. FGS Global bildirib ki, o, müştərilərlə bağlı müxtəlif layihələrdə geostrateji bilik və təcrübəsindən yararlanacaq.
45 yaşlı Berbokun bu işi ABŞ-dəki digər fəaliyyəti ilə yanaşı həyata keçirəcəyi qeyd olunur. O, Nyu-Yorkdakı Kolumbiya Universitetində praktiki təcrübə üzrə professor, eləcə də “Qlobal liderlik” magistr proqramının həmsədridir.
Berbok 2021-ci ilin qışından 2025-ci ilin yazınadək Almaniyanın xarici işlər naziri olub. Sentyabrın 8-də ictimai fəaliyyətdən çəkilərək adi vətəndaş kimi yaşamaq arzusunu açıqlayan sabiq nazir ABŞ-yə köçmək və Kolumbiya Universitetində dərs demək niyyətindən də danışıb.