QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Əməkdar artist Nigar Şabanova yaşadığı küçənin su altında qalması ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Xanəndə şəxsi Instagram hesabında video yayımlayaraq yaranmış vəziyyətə görə Xəzər Rayon İcra Hakimiyyətini tənqid edib. Onun sözlərinə görə, bir həftə yağan yağışdan sonra məhəllənin küçəsi gölə çevrilib, kanalizasiya sistemi isə bu vəziyyətdədir.
“Yaşayışa baxın... Bir həftədir yağış yağıb və məhəllənin günü budur, kanalizasiya sistemi bu haldadır. Piyada çıxıb marketə getmək belə mümkün deyil. Maşını olmayan nə etsin?” — deyə Nigar Şabanova bildirib.