QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, süni intellekt modeli Claude-un yaradıcısı Anthropic-in birjada ticarətə başlaması şirkət işçilərinin böyük sərvət əldə etməsinə səbəb olub.

Şirkətin səhmləri noyabrın 19-da Nasdaq-da “ANT” kodu ilə alınıb-satılmağa başlayıb. İlk ticarət gününün yekununda Anthropic-in bazar kapitallaşması 1,76 trilyon dollara yüksəlib.

5 300 nəfərin çalışdığı şirkətdə təxminən 5 100 əməkdaşın sahib olduğu səhmlərin dəyəri 1 milyon dolları ötüb. Bu işçilər arasında 2 800 nəfərin səhm portfeli 10 milyon dollardan, 600 nəfərinkisi isə 100 milyon dollardan çox qiymətləndirilib.

Şirkətə daha əvvəl qoşulan əməkdaşlar sahib olduqları səhm payları hesabına daha yüksək qazanc əldə ediblər.