QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, Arap Koalisyonu İran dəstəkli Husilərin Səudiyyə Ərəbistanının cənub bölgəsinə atdığı seyir raketinin hava müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Koalisiya sözçüsü Tuğgeneral Turki el-Maliki sosial media hesabında etdiyi açıqlamada, Husilərin cənub bölgəsini bir seyir raketi ilə hədəfə aldığını və hava müdafiə sistemlərinin həmin raketi məhv etdiyini bildirib.

Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi bir müddət əvvəl paytaxt Riyad ilə Riyadın cənubundakı Suleyil və Vadi Devasir şəhərləri üçün təhlükə xəbərdarlığı siqnalı verildiyini elan etmişdi.

Yəmən 2014-cü ilin sentyabrında paytaxt Sənəni və bəzi vilayətlərini nəzarətə götürən İran dəstəkləyən Husilərin iştirakıyla başlayan və sonradan genişlənən vətəndaş müharibəsinə səhnə olur.

Səudiyyə Ərəbistanının liderlik etdiyi Arap Koalisyonu 2015-ci ilin martından bəri beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir. Son dövrlərdə Yəməndə hökumət qüvvələri ilə Husilər arasındakı döyüşlər artıb və Husilər öz növbəsində Səudiyyə Ərəbistanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını bildirirlər.