QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada noyabrın 10-da qar yağıb. Yağıntı xüsusilə şəhərin hündür ərazilərində küçələri, parkları və yaşıllıq sahələrini ağ örtüyə bürüyüb.

Qar günorta saatlarında başlayıb. Şəhər mərkəzində yağıntı zəif olduğu halda, yüksək ərazilərdə daha güclü müşahidə edilib.

Bəzi küçə və parkların ərazisi qarla örtülsə də, əsas avtomobil yollarında nəqliyyat normal hərəkət edib, ciddi çətinlik qeydə alınmayıb.

Mümkün problemlərin qarşısını almaq məqsədilə Ankara Böyükşəhər və rayon bələdiyyələrinin əməkdaşları əsas və ara küçələrdə, eləcə də kənd ərazilərində hazırlıq vəziyyətində saxlanılır.