QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna ilə bağlı növbəti danışıqlar mərhələsi üçün hələ razılıq əldə olunmadığını açıqlayıb.
Ryabkov Fransa, Almaniya və Böyük Britaniyanın təmsilçilərinin Moskvaya səfərinə hazırlıq getdiyini qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin nəticələrinə dair mətbuat konfransında avropalıları diplomatik kanallar vasitəsilə Moskvaya gəlməyə dəvət etdiyini söyləyib. O bildirib ki, səfərin məqsədi Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini dinlətməkdir.