QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Avstraliyanın Cənubi Avstraliya ştatında 66 yaşlı Raelene Polymiadis nənə və babasını insulinlə öldürməkdə təqsirli bilinib. Dörd ay davam edən məhkəmə prosesi yekunlaşıb.
Birinci tip şəkərli diabet xəstəsi olan Polymiadis iki ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə hakim qarşısına çıxacaq. Andlı iclasçılar müttəhimi hər iki cinayət üzrə yekdilliklə təqsirli hesab ediblər.
İlk ittiham üzrə hökm elan ediləndə Polymiadis müttəhimlər kürsüsündən yapışıb. İkinci cinayət üzrə də təqsirli bilindiyi açıqlanarkən isə göz yaşlarını saxlaya bilməyib.
Məhkəmədə qadının cinayətlərini Tanrıya etiraf etdiyi, dinləmə qurğusuna yazılan söhbətdə planını açıqladığı bildirilib. Girov müqabilində azadlığa buraxılması barədə qərar ləğv edilib və yekun cəza hökmü çıxarılana qədər həbsə alınıb.