QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Dırnıs kənd mərkəzində seçicilərlə növbəti görüşünü keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov da iştirak edib. Görüş zamanı deputat seçicilərin müraciət və təkliflərini dinləyib, onları maraqlandıran suallara cavab verib.
Seçicilər görüşdən razı qaldıqlarını bildiriblər.