QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyədə avtomobilini satışa çıxaran kişi ilə onu almaq istəyən qadının alqı-satqı zamanı tanışlığı evliliklə nəticələnib.

Mersa Çağan sosial şəbəkə hesabında cütlüyün tanışlıq hekayəsini göstərən iki foto yayımlayıb.

“Necə başladı” yazılan ilk şəkildə tərəflərin avtomobilin alqı-satqısı zamanı əl sıxması, “Necə bitdi” başlıqlı digər fotoda isə onların toy mərasimi əks olunub.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilərin marağına səbəb olub. İzləyicilər hadisəni yumorla qarşılayaraq, bəyin həm avtomobilinə qayıtdığını, həm də həyat yoldaşı tapdığını yazıb, sövdələşməni “ən sərfəli investisiya” adlandırıblar.