QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, qışda palçıq, qar və yol duzu evə ayaqqabılarla daşındığından döşəməni təmiz saxlamaq çətinləşir. Mütəxəssislər bu problemin qarşısını almaq üçün limon şirəsindən yararlanmağı məsləhət görürlər.

Döşəmə yuyarkən ilıq su olan vedrəyə bir limonun şirəsi əlavə edilə bilər. Qarışıq üçün təxminən yarım stəkan şirə yetərlidir. Daha güclü təmizləmə effekti məqsədilə məhlula bir qədər sirkə qatlamaq da mümkündür.

Təmizlik üzrə mütəxəssislər bildirirlər ki, limonun turşuluğu kafel və vinil səthlərdə yaranan yüngül çöküntüləri aradan qaldırmağa kömək edir. Bu üsul həmçinin otaqda sitrus qoxusu yaradır, döşəmənin daha parlaq görünməsinə şərait yaradır.

Fantastic Services şirkətinin təmizlik mütəxəssisi Tatyana Dimitrovanın sözlərinə görə, təzə limon şirəsi səthlərdə xoş ətir saxlayır və yüngül çirkləri təmizləməyə yardım edir.

Limon olmadıqda portağal qabıqlarından istifadə etmək olar. Qabıqlar əvvəlcə qaynar suda bir müddət qaynadılır, sonra məhlul süzülərək döşəmə yuyulan suya əlavə olunur.

Bununla belə, limon şirəsi və sirkə qatılmış qarışıq bütün örtüklərə uyğun deyil. Mərmər, travertin, əhəngdaşı və terrazzo səthlər turşulu məhlullardan zədələnə bilər. Belə döşəmələr üçün neytral pH səviyyəli təmizləyicilər seçilməsi tövsiyə olunur.

Məhlulu bütün səthə yaymazdan öncə onu döşəmənin görünməyən kiçik bir hissəsində sınaqdan keçirmək vacibdir.