QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində sakinlərlə görüş keçirib.

Qəbulda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinləri müraciətlərini təqdim ediblər.

Qaldırılan məsələlər debitor borcların ödənilməsinə dəstək, işə qəbul, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqəli olub.

Baş direktor müraciət edənlərə hər məsələ üzrə ətraflı məlumat verib. Araşdırılması və yerində nəzərdən keçirilməsi tələb olunan bəzi məsələlərlə bağlı Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə tapşırıqlar göndərilib.