QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi hadisə ilə əlaqədar dərin hüzn keçirdiyini bildirib, Eyyubovanın ailəsinə və yaxınlarına başsağlığı verib.

ATU-nun açıqlamasında qeyd olunub ki, hadisənin səbəbləri barədə rəsmi məlumat əldə ediləndən sonra ictimaiyyətə əlavə bilgi təqdim olunacaq. Universitet araşdırmanın obyektivliyinə və ailənin həssas durumuna hörmətlə yanaşmağa çağırıb.

Elviranın ölümü ilə bağlı qeyri-rəsmi olaraq ürək çatışmazlığı, dəm qazından boğulma və intihar versiyaları səsləndirilib.