QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ölkə üzrə 11 modul tipli məktəb binasının quraşdırılması “AS-TƏMİR TİKİNTİ” MMC-yə həvalə olunub. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə şirkət arasında imzalanan müqavilənin dəyəri 5 milyon 603 min manatdır (5.603.000,04 AZN).
Modul məktəblərin qurulması ucqar və kənd yaşayış məntəqələrində təhsil infrastrukturunu yeniləmək, qəzalı məktəb binalarını müasir tələblərə uyğun tədris müəssisələri ilə əvəzləmək məqsədi daşıyır.