QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Qonaq universiteti Baş katib Şahin Sancaktar, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Suğra Ələkbərova və Azərbaycandakı nümayəndəliyin rəhbəri Təbriz Məhərrəmoğlu təmsil edib.
ATMU-nun görüşdə iştirak edən nümayəndələri Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini İranə Axundova və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva olublar.
Tərəflər ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın yaradılması, ATMU tələbələrinin Rauf Denktaş Universitetində təcrübə imkanları və müəllim mübadiləsi proqramları barədə fikir mübadiləsi aparıblar. Həmçinin birgə layihələrin həyata keçirilməsi və gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.