QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan aparıcı Səxavət Nur sosial şəbəkədəki paylaşımında başqalarının kədərinə sevinənləri tənqid edib.

O, insanın bəzən ölümündən sonra haqqında deyilənlərə görə ölməyə belə qorxa biləcəyini yazıb. Aparıcı bildirib ki, heç kim nə vaxt və hansı şəraitdə dünyasını dəyişəcəyini bilmir və sonda hər kəs ölür.

“Bu həyatda başqalarının kədərinə sevinən nə qədər bədbəxt var. Adam ölməyə də qorxur bəzən. Öləni bu qədər böhtanla ictimai qınaq edərlər? Heç kim nə vaxt və hansı şəraitdə öləcəyini bilmir. Əsas məsələ bir gün hamı öləcək”, – deyə Səxavət Nur paylaşımında qeyd edib.