QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 21-də Sumqayıtda ev oğurluğu qeydə alınıb. Hadisə şəhər ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gecə saatlarında evlərin birindən 400 manat nağd pul və 5 min manat dəyərində qızıl-zinət əşyaları götürülüb.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Həsənzadə saxlanılıb. O, narkotiklərlə əlaqəli cinayətə görə əvvəllər məhkum olunub. Saxlanılan şəxsdən metamfetamin adlı psixotrop maddə də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.