QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Sabah” – “Barselona” qarşılaşması ilə əlaqədar noyabrın 25-də 18 müntəzəm marşrutun hərəkət istiqamətləri müvəqqəti dəyişəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyun səbəbindən Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Dəyişiklik 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlara şamil olunacaq.

Sabunçu yol qovşağı istiqamətində avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə hərəkət edəcək. “Koroğlu” NMM-ə gedən nəqliyyat vasitələri isə Heydər Əliyev prospektindən istifadə edəcək.