QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək bəzi qarşılaşmalar Azərbaycan və Türkiyə telekanallarında canlı yayımlanacaq.

Azərbaycanda CBC Sport kanalında saat 21:45-də “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə) matçı göstəriləcək. Həmin kanalda saat 00:00-da “Real” (İspaniya) – PSV (Niderland) oyunu da yayımlanacaq.

İctimai TV-də isə saat 00:00-da “Arsenal” (İngiltərə) ilə “Borussiya”nın (Dortmund, Almaniya) görüşünə baxmaq mümkün olacaq.