QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda akkreditasiya ilə bağlı 92 müraciət qeydə alınıb və 101 attestat təqdim olunub.

Bu barədə mərkəzin rəsmisi Ləman Salmanova Bakıda keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” adlı tədbirdə məlumat verib.

Salmanovanın bildirdiyinə görə, sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına isə 27 attestat verilib.

Mal, xidmət və işlərin sertifikatlaşdırılması ilə məşğul olan qurumlara 8, inspeksiya qurumlarına 6 attestat təqdim edilib. İdarəetmə sistemlərini və fiziki şəxsləri sertifikatlaşdıran təşkilatların hər birinə 4 attestat düşüb.