84 təşkilatda yoxlama aparılıb, 106,9 milyon manat büdcəyə qaytarılıb
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2026-cı ilin ilk doqquz ayında 84 təşkilatda yoxlama aparıb və 106,9 milyon manatın büdcəyə qaytarılmasını təmin edib.
1 dəq oxunuşMənbə: Yeni Sabah
QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 84 təşkilatda maliyyə nəzarəti tədbirləri keçirib.
Yoxlamalar zamanı müəyyən edilən maliyyə pozuntuları üzrə 106,9 milyon manat dövlət büdcəsinə geri qaytarılıb.