QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrünə nisbətən 1,4 faiz yüksəlib. Məlumat rəsmi statistik göstəricilərdə əksini tapıb.
Hesabat müddətində ölkədə faktiki qiymətlərlə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 13 milyard 123,3 milyon manat olub. Fiziki həcm göstəricisi heyvandarlıqda 1,6 faiz, bitkiçilikdə isə 1,2 faiz artıb.
Ümumi istehsalın 50,2 faizi bitkiçilik məhsullarının, 49,8 faizi heyvandarlıq məhsullarının payına düşüb.
Yanvar-sentyabr aylarında 1,1 faiz olan kənd təsərrüfatı üzrə ümumi artım tempi oktyabrın sonuna 1,4 faizə çatıb. Bitkiçilikdə artım 0,5 faizdən 1,2 faizə yüksəlib, heyvandarlıqda isə 1,9 faizdən 1,6 faizə düşüb.