QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda bu gün iş saatları adi qaydada olacaq və 6 noyabr qısaldılmış iş günü sayılmır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) açıqlamasında Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbi xatırladılıb. Həmin maddəyə görə, iş günü hesab olunmayan bayram günlərindən və Ümumxalq Hüzn Günündən dərhal əvvəlki iş günü bir saat azaldılır.

Xidmətin bildirdiyinə əsasən, noyabrın 6-sı bu günlərdən hər hansı birinin ərəfəsinə düşmədiyi üçün iş vaxtının qısaldılması nəzərdə tutulmur.

Bununla yanaşı, həmin tarixdə Azərbaycanda qısa iş günü olacağı barədə bir sıra media resurslarında məlumatlar yayılmışdı.