QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında əhaliyə sosial ödənişlər çərçivəsində 8 milyard 749 milyon manat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, həmin məbləğin 6 milyard 527 milyon manatı pensiyalara, 1 milyard 206 milyon manatı müavinətlərə, 677 milyon manatı təqaüdlərə, 339 milyon manatı isə ünvanlı dövlət sosial yardımına yönəldilib.
Cari ilin ilk 10 ayında bu istiqamətlər üzrə ödənilən vəsait ötən ilin müvafiq dövründən 760 milyon manat, yaxud 10 faiz çox olub.