QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Azərsun Holdinq” yerli fermerlərdən zeytun tədarükünü davam etdirir. Şirkətlər Qrupu bu təşəbbüslə yerli xammal təminatını artırmağa və istehsal imkanlarını genişləndirməyə çalışır.
Kənd təsərrüfatının müxtəlif sahələrində çalışan kiçik sahibkarların dəstəklənməsinə önəm verən holdinqin Abşeron rayonundakı istehsalçılardan zeytun alması ölkədə zeytunçuluq ənənələrinin qorunmasına və sahənin inkişafına xidmət edir. Tədarük fermerlərin fəaliyyətinin təşviqinə də şərait yaradır.
Zeytunu təhvil vermək istəyənlər Ziya Bünyadov prospekti, Xarici Dairəvi küçəsi, 2038-ci məhəllədə, 73 saylı orta məktəbin yanında yerləşən ünvana müraciət edə bilərlər. Əlaqə telefonu: +994 12 404 19 19 (daxili: 2903). Əlaqədar şəxs Muhammed Emin Kalan, elektron poçt ünvanı isə muhammed.kalan@azersun.com-dur.