QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Səbail rayonundakı Badamdar–20-ci sahədə sürüşmə çatları əvvəlki müşahidələrlə müqayisədə bir qədər genişlənib və ərazidə aktivlik davam edir.

Bu nəticələr Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssislərinin apardığı növbəti monitorinq zamanı qeydə alınıb. Agentlik ərazidəki vəziyyətin dinamikasının izlənildiyini də bildirib.