QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan vətəndaşlığına keçmiş Qarabağ sakinlərinə təqdim edilən yeni biometrik pasportlarda doğum yeri Azərbaycan kimi yazılır.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin açıqlamasına əsasən, bu dəyişiklik Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO 3166) tələblərinə uyğundur.

Nazirlik köhnə pasport məlumatlarının xarici ölkələrin sərhədlərindən keçərkən dəfələrlə çətinlik yaratdığını bildirib. Yeni qaydanın məqsədi bu maneələri aradan qaldırmaq və Ermənistan sənədlərini beynəlxalq normalara uyğunlaşdırmaqdır.