QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakı–Ağstafa–Bakı istiqamətində sərnişin sayının artması əlavə qatar reyslərinin təşkilinə səbəb olub.
Azərbaycan Dəmir Yolları noyabrın 14-dən 30-dək həftəsonları bu marşrut üzrə əlavə səfərlər həyata keçirəcək. Cədvələ görə, qatar şənbə günü Bakıdan, bazar günü isə Ağstafadan yola düşəcək.
Bakı–Qazax–Bakı marşrutunda gündəlik səfərlər əvvəlki qrafiklə davam edəcək. Əlavə reyslər üçün biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından almaq olar.