QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Əməkdar artist Abbas Bağırov musiqi sahəsində tətbiq etdiyi texniki yeniliklər barədə danışıb. O, fikirlərini “Qonaqcanlı” verilişində bölüşüb.
Bağırov deyib ki, 2008-ci ildən qulaq monitorlarından yararlanmağa başlayıb. Onun sözlərinə görə, 2005-ci ildə iPad istifadə edən ilk şəxs olub, minidisklərdən bu qurğuya keçidi də həmin vaxt özü edib.
Sənətçi səs gücləndiricilərinin səhnədə yerləşdirilməsi ilə bağlı yeniliyi 2009-2010-cu illərdə sınaqdan keçirdiyini bildirib. O, ilk peşəsinin səs rejissorluğu olduğunu, səslənməyə xüsusi maraq göstərdiyini vurğulayıb.
Bağırov qeyd edib ki, qatıldığı tədbirlərdə öz səs avadanlığının olmasını şərt kimi irəli sürür. Xarici ölkələrdə müğənnilərin qulaqlarına taxdıqları qurğularla maraqlandığını deyən sənətçi, onlardan istifadə etdikdən sonra səslənmədə fərq hiss etdiyini söyləyib.