QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda metro qatarında olan 68 yaşlı kişi həyatını itirib.

Hadisə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında qeydə alınıb. Salyan rayonunda yaşayan, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olarkən ürək çatışmazlığı səbəbindən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.