QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakıda yerləşən 96 saylı körpələr evi-uşaq bağçasında istiliklə bağlı çətinlik yaranıb.
Məsələ ilə əlaqədar redaksiyanın qaynar xəttinə müraciət edən valideyn müəssisədə istilik sisteminin işləmədiyini bildirib. Onun sözlərinə görə, havaların soyumasına rəğmən uşaqlar soyuq otaqlarda qalır və bu vəziyyətin azyaşlıların sağlamlığına təsir edə biləcəyindən narahatlıq keçirirlər.
Bağça rəhbərliyi istiliyin verilməməsini qaz sayğacının olmaması ilə izah edib. Bildirilib ki, sayğac “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sökülüb və aparılıb.
“Azəriqaz” məsələdən məlumatlı olduqlarını qeyd edib. Qurumun açıqlamasında prosedur qaydalarına əsasən işlərin aparıldığı və sayğacın yaxın zamanda bərpa ediləcəyi bildirilib.