QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Arazboyu ərazidə 10 ceyran təbii yaşayış mühitinə qaytarılıb.

Təşəbbüs ceyran populyasiyasını artırmaq, yayılma arealını genişləndirmək və bölgənin ekosisteminin qorunmasına dəstək vermək məqsədi daşıyır.

Təbiətə buraxılan heyvanların yeni şəraitə uyğunlaşması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin saylarının artması faunanın mühafizəsi baxımından əhəmiyyətlidir.