QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu Özbəkistan vətəndaşı, 2000-ci il təvəllüdlü Muzaffar Mavdudoviç Mahmudovun cinayət məsuliyyətinə cəlb olunması üçün ölkəsinə verilməsi barədə müraciəti təmin edib. Məlumatı Baş Prokurorluq yayıb.
Mahmudov Özbəkistanın Cinayət Məcəlləsində nəzərdə tutulan, xüsusilə külli miqdarda vergi və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət qaydalarını pozma, eləcə də qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatlarının vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə beynəlxalq axtarışa verilmişdi.
O, cari ilin sentyabrında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 2002-ci il oktyabrın 7-də imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyaya əsasən, onun ekstradisiyası barədə qərar qəbul olunub.
Mahmudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.