QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda yük avtomobillərindən 10 320 manat dəyərində naqil və akkumulyator oğurlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P. Allahverdiyev saxlanılıb.
Araşdırma zamanı onun rayonun ayrı-ayrı ərazilərində nəqliyyat vasitələrindən oğurluq etdiyi müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.