QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yol təmirinin niyə bəzən nəzərdə tutulandan artıq vaxt apardığına aydınlıq gətirib.

Qurumun “Yolun Düzü” rubrikasının növbəti buraxılışında qeyd olunub ki, təmir işləri təkcə köhnə asfaltın yenilənməsi ilə yekunlaşmır. Bəzi ərazilərdə yolun alt qatlarının bərpası, drenaj sistemlərinin qurulması və əlavə texniki işlərin görülməsi lazım gəlir.

İşlərin müddətinə yolun hazırkı durumu, yeraltı kommunikasiya xətlərinin mövcudluğu, ərazinin relyefi və nəqliyyat axınının intensivliyi təsir edir. Bu amillər və təmir prosesinin mərhələləri barədə ətraflı məlumat rubrikanın növbəti videoburaxılışında təqdim olunub.