QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda ögey bacısını öldürməkdə təqsirləndirilən Ayxan Mehdiyev Azərbaycan İdman Akademiyasında təhsil alıb.
O, akademiyanın sağlamlıq və menecment fakültəsinin ikinci kurs tələbəsidir. Məlumata görə, Mehdiyev hadisə baş verən gün səhər dərsdə olub, daha sonra dərsdən qayıdaraq cinayəti törədib.