QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRİPP layihəsinin icrasının praktiki mərhələsinə keçildiyini bildirib. Onun sözlərinə görə, kommunikasiyalar üçün vacib olan sərhədin cənub hissəsinin delimitasiyası və demarkasiyası bu prosesin əsas mərhələlərindən biri olacaq.
Paşinyan qeyd edib ki, Dublində keçirilən görüş zamanı özü və Azərbaycan Prezidenti daha əvvəl əldə olunmuş razılaşmaları yenidən təsdiqləyiblər.