QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

DİN-in mətbuat xidmətinin məlumatına görə, tədbirlər paytaxtda, Gəncə şəhərində, eləcə də Abşeron, Qobustan və Salyan rayonlarında baş tutub. Əməliyyatlar zamanı Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.

Saxlanılanların üzərindən və onlarla əlaqəli yerlərdən ümumilikdə 104 kiloqram narkotik vasitə, həmçinin narkotik tərkibli 8070 həb aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar xaricdə yaşayan narkotacirlərin göstərişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil ediblər.

Faktlarla əlaqədar cinayət işləri açılıb. Məhkəmə qərarı əsasında saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.