QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi ərazilərdə yağış ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə yarımadanın ayrı-ayrı hissələrində yağıntı güclənə və şimşək çaxa bilər. Səhər arabir duman olacaq. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək, axşam isə onu güclü şimal-qərb küləyi əvəz edəcək.
Paytaxt və Abşeronda gecə 12-16, gündüz 18-21 dərəcə isti proqnozlaşdırılır. Atmosfer təzyiqi 755 mm civə sütunundan 752 mm-ə düşəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Ölkənin digər bölgələrində günün birinci yarısı əsasən yağmursuz keçəcək. Günortadan sonra şimal və qərb rayonlarında yağış, bəzi yerlərdə intensiv leysan gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxması və dolu düşməsi, dağlıq yerlərdə qar yağması mümkündür. Axşam yağıntıların güclənəcəyi ehtimal edilir.
Bəzi rayonlarda duman olacaq, qərb küləyi arabir güclənəcək. Rayonlarda gecə temperaturu 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 3-8, gündüz isə 12-17 dərəcə isti gözlənilir.