QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, bu gün bəzi ümumi təhsil müəssisələrində dərs ilinin tətil öncəsi son günüdür. Beşgünlük iş həftəsi ilə çalışan məktəblərdə payız tətili sabahdan başlayır.

Bu müəssisələrdə oxuyan şagirdlər noyabrın 23-də dərsə qayıdacaqlar. Altıgünlük iş həftəsi olan məktəblərdə isə tətil noyabrın 16-da başlayacaq, ilk dərs günü noyabrın 21-i olacaq.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da aiddir.