QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Apple” mümkün casus proqram hücumları barədə 99 ölkədəki istifadəçilərinə xəbərdarlıq göndərib. Bildiriş Tailandda müzakirələrə səbəb olub.

Tailand rəsmiləri son hücum cəhdlərinin İsrailə məxsus “NSO Group” şirkətinin “Pegasus” proqramı ilə bağlı olduğunu təsdiqləyən sübut əldə etmədiklərini bildiriblər. Buna baxmayaraq, bəzi siyasətçilər Apple-ın xəbərdarlığından sonra proqramın yenidən işə salına biləcəyi ehtimalını irəli sürüblər.

2022-ci ildə “Pegasus”un Tailandda demokratiya tərəfdarı fəalların izlənməsi məqsədilə istifadə olunduğu iddia edilmişdi. Son xəbərdarlıqlar şəxsi telefonların belə izləmə vasitələrindən nə dərəcədə qoruna bildiyi məsələsini yenidən gündəmə gətirib.