QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Təranə Qumralın qızı Sevgimin ifası xalq artisti Brilliant Dadaşovanın rəğbətini qazanıb.

Sevgim “Sevilən səhər” proqramında “Firuze” adlı türk mahnısını canlı səsləndirib. İfa zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Brilliant Dadaşova paylaşımın şərh bölümündə gənc ifaçını tərifləyib. O yazıb: “Uzun illərdən sonra, nəhayət, Azərbaycan musiqisinə əsl səs gəldi”.